“Әziyyәt çәkdik, bәhrәsini gördük” - Qurbanovdan qələbə şərhi

ziyyt-ckdik-bhrsini-gorduk-
Oxunma sayı: 1823

Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun final görüşü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” “Neftçi”yə qalib gələrək kuboka sahiblənib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bölüşüb:

“Qol futbol qaydalarına uyğun oldu. Cinahdan ötürmә ilә vurduq. Matç da maraqlı oldu. Futbolun gözәlliyi dә budur. Son dәqiqәlәrdә fәrqlәndik. Әziyyәt çәkdik. İlboyu çalışdıq. Bәhrәsini gördük. İki kubok bizim üçün yaxşıdır. Hәr iki komanda layiq idi. "Neftçi" dә yaxşı oyun göstәrdi. Azarkeşlәrә tәşәkkür edirәm. Yaxşı atmosfer yaratmışdılar”.

Qurbanovun oyunla bağlı verdiyi müsahibəni təqdim edirik:

- İlk növbədə sizləri təbrik edirəm. Sizin üçün də ağır mövsüm keçdi. Bizdən fərqli olaraq, sizlər yenə də iş başında olacaqsınız. Oyuna gəldikdə, ilk növbədə stadiona gələn bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Bizim üçün də bu sayda fanatın gəlməsi xoş təəccüb idi. Federasiya rəhbərliyinə belə bir bayram ab-havası yaratdığı üçün təşəkkür edirəm. Hesab edirəm ki, futbolçularımız bu oyunun yekununa görə, kubokaetmişdilər. Onlara dərin təşəkkürümü bildirirəm. Əvvəl də qeyd etmişdim ki,"Neftçi" olduqca istəkli idi. Heyətdə yerli oyunçu çıxmışdı. Buna baxmayaraq, oyun intizamını sonadək qorudular. Kaş iki kubok olaydı və biri də "Neftçi"yə veriləydi. Onların gənc futbolçularının pərt simalarını görmək üzücüdü. Amma onlar Azərbaycanın gələcəyidilər.

- Oyunun gedişatında Maksim Medvedevlə Rəşad Sadıqov yerlərini dəyişdilər. Ancaq bu, təqribən 10 dəqiqə davam etdi...

- Bu cür rotasiyalar digər görüşlərdə də olub.

- Əlavə vaxtın son dəqiqələri gedən bir vaxtda, penalti ustası olan Riçard Almeydanı əvəzlədiniz. Oyunun müqəddəratını lotereyaya saxlamamağı bu qədərmi istəyirdiniz?

- İki səbəb var idi. Əlbəttə ki, istəyirdik ki, qol vuraq və penalti seriyasına getməyək. Həm də Riçard çox iş görmüşdü və artıq tükənmişdi. Diqqət yetirdinizsə son 10 dəqiqədə hücumlarımız yalnız sağ cinahdan qurulurdu. Sol cinahdakı axsamanı aradan qaldırmaq üçün Müaremi döyüşə atdım.

- Reynaldonun qırmızı vərəqəsini şərh edərdiniz...

- Əlbəttə, son dəqiqədə qırmızı vərəqə almaq pis haldı. Amma həmin epizod gözümün qarşısında baş verdi. Reynaldo rəqibi top qarışıq vurmaq niyyəti güdürdü. Fariz Yusifov əsəbləri sakitləşdirmək üçün Ramosdan sonra Reynaldonu da meydandan çıxardı və status-kvonu bərpa etdi.

- Onu bağışlamaq olarmı?

- Olar.

- Tahir Gözəl ulduz futbolçu gətirmək üçün qarşınızda "yaşıl işıq" olduğunu dilə gətirdi...

- Bu gün ulduz futbolçu bizə nə verə bilər? Bu suala cavab vermək çətindi. Bizə işinə peşəkar yanaşan futbolçular lazımdı. Çünki əksər halda ulduz oyunçular problem yaradan olurlar.

- Arif Daşdəmirovla müqavilə imzalamağınızdan sonra komandanızın oyun sxemində nə kimi dəyişikliklər olacaq?

- Bəli, onunla müqavilə imzalamışıq. Həm sağ, həm sol cinahda oynaya bilən universal müdafiəçidi. Düşünürəm ki, yaxşı komanda qurmaq üçün ilk növbədə etibarlı müdafiə xəttinə sahib olmalıyıq.

- Bu transfer Ansi Aqollinin gedişinə işarə deyil?

- Qətiyyən! Ansi hər bir komanda yoldaşı üçün örnəkdi. İstərdim ki, sərəncamımda Aqolli kimi 11 futbolçu olsun.

- Təlim-məşq toplanışına nə vaxt start verəcəksiniz?

- Avstriya toplanışına iyunun 17-dən start verəcəyik. Çempionlar Liqasında ilk oyunu evdə və ya səfərdə keçirməyimizdən asılı olaraq, vətənə qayıdacağımız tarixi müəyyənləşdirəcəyik. Toplanışda ilk oyunumuzu iyunun 25-də Avstriyanın 2-ci divizion təmsilçisi "İnsburk"a qarşı keçirəcəyik. Bundan sonra daha 3 oyun keçirməyi planlaşdırırıq. Ancaq rəqibləri püşkatmanın nəticələrinə uyğun seçəcəyik.