Zod qızıl yatağının keşiyində... - Fotolar

zod-qizil-yataginin-kesiyinde
Oxunma sayı: 13516

“National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağını və ərazini qoruyan hərbçilərimizi lentə alıb.

“Qafqazinfo” xəbər verir ki, hərbi müxbir həmin fotoları öz instaqram hesabında paylaşaraq bu fikirləri qeyd edib:

“Zod qızıl yatağı. Kəlbəcər, Qarabağ, Azərbaycan.

Qarabağ son 27 ildə erməni qoşunlarının işğalı altında olduğu müddətdə BMT və digər beynəlxalq təşkilatların ciddi qınağına baxmayaraq, ermənilər Zod qızıl yatağını talayıblar. İşğal olunmuş ərazilər Azərbaycan tərəfindən azad olunduqdan sonra ermənilər Ermənistana qayıdıb yatağın onlara aid hissələrini istifadə etməyə başladılar. Azərbaycan beynəlxalq məhkəmələrdən təzminat və ədalət tələb edir”.