“Qafqazinfo”nun xəbərinə görə, Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Meşəbaş kəndində qeydə alınıb.
1935-ci il təvəllüdlü, Qax rayonu Meşəbaş kənd sakini, milliyətcə gürcü olan Şixamiraşvili Aqran Allahverdiyeviç özünü yaşadığı evin həyətyanı sahəsindəki zoğal ağacından asaraq intihar edib.
79 yaşlı qocanın özünü hansı səbəblərdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər