SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
67 abonenti olan Zöhramı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3208 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər