Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, topla hərəkətlərdə çıxışını başa vurub.
30,200 xal toplayan idmançımız hazırda 7-ci sıradadır.
Z.Ağamirova halqa, lent və gürzə ilə hərəkətlərdə də çıxış edəcək.
***
Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə də çıxışını başa vurub. O, 32.500 xal qazanıb. Hazırda idmançımız 5-ci sıradadır.
***
Zöhrə Ağamirova 2 hərəkətin cəmində 62,700 xal toplayıb. O, hazırda 24 idmançı arasında 16-cıdır.
Z.Ağamirova növbəti çıxışlarını lent və gürzlə edəcək.