Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxışı ilə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.
Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında 2 gümüş medal (gürzlər, çoxnövçülük) qazanmışdı.
***
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha iki medal qazanıb.
İdmançımız növbəti cəhdindən gürzlər ilə hərəkətlərdə uğurlu çıxış edib.
Ağamirova 30.850 xal toplayaraq gümüş medala layiq görülüb.
Zöhrə lentlə hərəkətlərdə də fəxri kürsüyə qalxıb. Ağamirova 29.150 xalla bürünc medal əldə edib.
Son xəbərlər
Son Xəbərlər