İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasında "Qafqazinfo"ya verilən məlumata görə, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib.
Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75,425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb. Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib.
Məlumat üçün bildirək ki, birinci yerə rusiyalı idmançı Yekaterina Selöznöva (83,600 xal), üçüncü yerə isə amerikalı Laura Tzen (72,600) layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər