Zona yarışları bu dəfə Bakı və Şirvanda

zona-yarislari-bu-defe-baki-ve-sirvanda-
Oxunma sayı: 710


"Qafqazinfo" xəbər verir ki, bu idman tədbiri çərçivəsində növbəti zona yarışları Bakı və Şirvan şəhərlərində keçirilib. 

Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə basketbol idman növü üzrə keçirilən zona yarışında Şuşa, Zəngilan və Bakının 12 rayonunun komandaları mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri Yasamal rayonunun komandaları tutub.

Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis idman növü üzrə keçirilən yarışda Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Laçın, Xocavənd rayonlarından və Şirvan şəhərindən 18 komanda mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1 və 2-ci yerləri Şirvan şəhərinin, III yeri Beyləqan rayonunun, qızlar arasında 1-ci və 2-ci yerləri Şirvan şəhərinin, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar. 

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

Yarışların media təmsilçisi www.qafqazinfo.az internet qəzetidir.