“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı” - Deputat

“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı”
Oxunma sayı: 1304

YAP-çı deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında ölkədə internet xidmətinin yarıtmazlığından şikayət edib. 

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, bu yaxınlarda ZOOM proqramı vasitəsilə konfransa qatılmaq istəsə də, bu baş tutmayıb: “Mən dərhal texniki işçiləri çağırdım. Məlum oldu ki, həmin provayder müqavilədə göstərildiyindən çox internet verir, ancaq bu trafik faktiki olaraq yoxdur. Müqaviləni elə kiçik şriftlərlə yazırlar ki, başa düşmək olmur”.

Günel Türksoy