Zooparkın ilk qonaqları onlar oldu - Fotolar+Video

zooparkin-ilk-qonaqlari-onlar-oldu
Oxunma sayı: 7568

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı bu gündən etibarən qapılarını ziyarətçilərin üzünə açıb.

“Qafqazinfo” xəbər verir ki, parkın ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq. Bu gün isə kassalar 15:00-dan açılacaq.

Parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazillər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

Zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma  və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.

Gülnar Əliyeva

Fotolar: Müzəffər İsmayılov