Zor tətbiq edib boyunbağını apardı

zor-tetbiq-edib-boyunbagini-apardi
Oxunma sayı: 785

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.