Azərbaycanda zorakılığa məruz qalan şəxslər üçün sığınacaqların sayının artırılması təklif olunub.
“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova çıxış edib.
O qeyd edib ki, 2022-ci il dövlət büdcəsinə edilən dəyişikliklər zamanı bu məsələyə də diqqət ayrıla bilər:
“Sığınacaqların artırılmasın böyük ehtiyac var. Müxtəlif səviyyələrdə - Bələdiyyə, QHT, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səviyyəsində bunlar yaradıla bilər. Azərbaycanda zorakılıq faktları var və biz vətəndaşları sığınacaqlarla təmin etməliyik. Elə etməliyik ki, bəzi qeyri- peşəkarlar yaranmış boşluqdan istifadə etməsinlər”.
Deputat, eyni zamanda uşaqlar üçün yay düşərgələrinin sayının az olmasından gileylənib.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər