Zorakılıq maddəsi ilə axtarışda olanlar tutuldu

zorakiliq-maddesi-ile-axtarisda-olanlar-tutuldu
Oxunma sayı: 2527

Bakıda axtarışda olan şəxs tutulub.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan R.İsayev saxlanılıb.

Eyni zamanda, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 151-ci maddəsi (Seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə axtarışda olan A.Həsənov saxlanılıb.