Zorik döyülüb?

zorik-doyulub
Oxunma sayı: 4999

Tanınmış klipmeyker- prodüser Zöhrab Ağayev (Zorik) döyülməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

“Qafqazinfo”ya açıqlamasında prodüser bildirib ki, yayılan xəbərlər əsassızdır:

“Bakıya gəlməyimə peşman olmuşam. Biri nəsə satdığımı, biri kimisə aldatdığımı, biri döyüldüyümü deyir. Bakıya gələndən gecə klublarında olmamışam. Bu xəbərlər yalandır”.

Prodüser yeni layihəsindən də söhbət açıb: “Bu yaxınlarda “Bura Azərbaycandır” və ya “Bura Bakıdır” adlı yeni layihə təqdim edəcəm. Ad haqda dəqiq qərar verməmişəm. Ölkəmizdə populyar olan xarici ulduzlar proqramda qonaq olacaq. Onlar Azərbaycana gələcək, biz də onları ölkəmizin gəzməli-görməli yerləri ilə tanış edəcəyik, ölkəmizi tanıdacağıq. Onlar da öz ölkələrində qonaq olduqları verilişdə ölkəmiz haqda məlumat verəcək. Veriliş ayda bir dəfə efirə gedəcək. Qonaqların xərclərini qarşılayacaq sponsor artıq hazırdr. Hazırda proqramın efirə gedəcəyi kanalla danışıqlar aparılır. Sibel Can, Sərtar Ortac, Rafet El Roman kimi məşşhurlar da qonağımız olacaq”.

Qeyd edək ki, Zorikin döyülməsi haqda xəbəri Femida.az saytı yayıb. Xəbərdə bildirilib ki, prodüser “Baku nights” gecə klubunda döyülüb.

Könül