“Qafqazinfo”nun məlumatına görə, məhkəmə prosesi haqda məlumat verən ifaçının prodüseri Roland Bayramov bildirib ki, Zöhrab Ağayev məhkəmədə “zorik_official_page” adlı "İnstaqram" səhifəsi ona məxsus olmadığını deyib:
“Zorik bildirdi ki, həmin səhifə ona aid deyil və başqa şəxs tərəfindən, hansısa email ünvanı ilə yaradılıb. Həmin "İnstaqram" səhifədə o Natavan Həbibini təhqir edən heç bir yazı verməyib. "İnstaqram" istifadəçilərinin nəzərinə çatdırırıq ki, “zorik_official_page” adlı səhifədə ünsiyyətdə olduqları şəxs Zorikin dediyinə görə, o deyil, başqasıdır, Zorikin həmin səhifəyə heç bir aidiyyati yoxdur”.
Qeyd edək ki, Zorik “İnstagram”da Həbibinin ünvanına təhqiramiz ifadələr yazıb və ifaçını erməni adlandırıb.
Son xəbərlər
Son Xəbərlər