Zorik gündəmi zəbt edən təlxəklərə söz atdı

zorik-gundemi-zebt-eden-telxeklere-soz-atdi
Oxunma sayı: 642

Rejissor mədəniyyət naziri olmaq arzusunı birmənalı qarşılamayanları da qınadı: "Başa düşə bilmirəm bu insanlar niyə belə aqresivdirlər? General olmaq istəməyən əsgər yaxşı döyüşçü deyil. Mən də gələcəkdə mədəniyyət naziri olmaq istəyirəm. Hər bir insanın öz arzusu var, mənim də arzum budur. Bunu nəyi pisdir axı? Mən demokratik ölkədə yaşayıram və azad fikirləşmək hüququm var. İndiki mədəniyyət nazirinə qarşı heç bir iddiam yoxdur. Mən özümü 40 yaşımda nazir görürəm. Mənin nazir olmaq istəyim niyə onları qıcıqlandırır? Ali savadım var, 18 yaşımdan sənətdəyəm. Ondan əlavə alaq otu deyiləm. Əslim-nəcabətim var. O boyda Lətif Kərimovun, muğamatın anası Töhfə Əliyevanın nəvəsiyəm. Mən olmayım kim olsun nazir? İndi gündəmi zəbt edən cavan təlxəklərmi?

Sosial şəbəkələrdə şəkillərinin müzakirə olunmasına narazılığını bildirən Zorik, populyarlığının başına bəla olduğunu deyir: "Sosial şəbəkələrdə fotolarımın altına xoşagəlməz şərhlər yazırlar. Populyar insanam, mənimlə hər kəs şəkil çəkdirə bilər, mavi də, lezbiyan da, transseksual da, əxlaqsız da. Deyə bilmərəm ki, əxlaqsızsan, ya da lezbiyan və mavisən. Heç kimin xətrinə dəyə bilmərəm. Onlar da mənimlə çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşırlar. Camaat da məni tanıyır və məni tənqid edirlər".