Zorik Natavandan üzr istədi

zorik-natavandan-uzr-istedi
Oxunma sayı: 4240


"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı prodüser sosial şəbəkədə yazıb:

"Mən Ağayev Zöhrab Sahib oğluna, məhkəmə araşdırılması zamanı məlum oldu ki, Həbibova Natavan xanım Şamil qızı, soy-köklü baxımından Azərbaycan milliyətinə mənsub şəxsdir. Onun milliyətcə erməni əsilli olması barədə, tərəfimdən yayılmış məlumatlar yanlışdır. Şəxsin soy-kökü ilə bağlı ifadə etdiyim yanlış məlumata və ona qarşı işlətdiyim təhqiramız ifadələrə görə, Natavan xanım Həbibovadan üzr istəyirəm".

Prodüser həmçinin bildirib ki, məhkəmə qərarı ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət etməyəcək.