Zorla maşına mindirib döydülər- - Lənkəranda

zorla-masina-mindirib-doyduler-
Oxunma sayı: 1863


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulub.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Murad Əhməd