Zorlandığı deyilən qız danışdı

zorlandigi-deyilen-qiz-danisdi
Oxunma sayı: 2899



"Qafqazinfo" xəbər verir ki, o, AzNews.az-ın suallarını cavablandırıb.

- Xanım, başınıza gələnlərlə bağlı nə deyə bilərsiniz? Həmin gün sizə zor tətbiq edən oğlanlarla harda qarşılaşdınız? 

- Həmin gün saat 12-də evimizdən çıxıb nənəmgilə gedirdim. Elməddin Niyazov mənə yaxınlaşıb başımdan vurdu və zorla avtomobilə mindirdi. Avtomobildə olduğum müddətdə də elə hey məni döyürdü. 

- Siz onu tanıyırdınız? 

- O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzündən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, “Mənimlə danışmalısan, danışmasan, sənin şəklini internetə qoyacağıq. Şəklini oturduğun yerdə çəkmişik. Səni soyundurub internetə yerləşdirəcəyik”. Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar. Elməddin məhkəmədə boynuna aldı ki, mənim telefonumu Kamaldan alıb. 

- Maşında olarkən, sizi döyərkən Elməddin nə deyirdi, nə istəyirdi? 

- Heç nə demirdi. Az sonra telefonla dostuna zəng etdi. Həmin dostu da gəldi. 

- İkinci gələn hansı oğlan idi? 

- Kamal Məmmədov. 

- Bəs, yerdə qalan iki nəfər nə vaxt gəlib? 

- Onlar sonradan gəliblər, saat 16.00-da. 

- Sizə qarşı hansı zorakılıqlar oldu? 

- Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar. Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq edib. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var. 

- Bunu nə ilə əlaqələndirirdilər. Nə deyib döyürdülər? 

- Mən onların dediyinə razılaşmırdım, ona görə döyürdülər. 

- Həmin vaxt onlar sizi videoya çəkiblərmi? 

- Dediklərinə görə çəkiblər, amma mən görməmişəm. 

- Atanız açıqlamasında bildirib ki, guya, oğlanlar deyiblər ki, əgər hadisəni kiməsə danışsanız, sizi öldürəcəklər. 

- Bəli, elədir. 

- Bəs, bu 4 nəfər oğlanın əlindən necə çıxdınız? Kimsə köməyinizə gəldi? 

- Yox, elə özüm əllərindən çıxıb qaçdım...

- Həmin vaxt çılpaq idiniz?

- Yox... Onlar məni döyürdülər, amma paltarım əynimdəydi, soyundurmamışdılar.

- İddia belədir ki, sizə qarşı cinsi zorakılıq olub...

- İndi çox danışa bilmirəm. Yoldayam. Evə çatım rahat danışarıq.