Zubirin meneceri APOEL-i ələ saldı - Foto

zubirin-meneceri-apoel-i-ele-saldi
Oxunma sayı: 3172

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin meneceri Sem Nordin APOEL klubuna söz atıb.

“Qafqazinfo” xəbər verir ki, özünün feysbuk səhifəsində Ağdam klubunun Nikosiya təmsilçisinin qapısına vurduğu 2-ci qolun videosunu paylaşan agent bu sözləri yazıb: “Ağrılıdır”.
 
Kipr mətbuatı iddia edir ki, Nordin bununla bir neçə il öncə Zubiri heyətinə qatmaqdan imtina edən APOEL-i ələ salıb.
 
Qeyd edək ki, Nikosiyadakı oyunda APOEL-in müdafiəçilərinə çətin anlar yaşadan Zubir ikinci qolun ötürməsini vermişdi. Görüş isə təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.