Zukerberq ata olacaq -

zukerberq-ata-olacaq-
Oxunma sayı: 837


“Qafqazinfo”nun The İndependent-ə istinadən məlumatına görə, o, bu barədə şəxsi səhifəsində paylaşım edib. 

Mark həyat yoldaşı Pristilla Çanın hamilə olduğunu yazıb:

“Mən və xanımımda maraqlı xəbərlər var: Bizim qızımız olacaq”.

Facebook yaradıcısı paylaşdığı məlumatda xanımının buna qədər bir neçə uğursuz hamiləlik keçirdiyini də vurğulayıb:

“Bu, bizim həyatımızda yeni səhifə olacaq. Bundan sonra biz öz uşaqlarımız və bütün gələcək nəsillər üçün dünyanı daha gözəl etməyə çalışacağıq”.

Xatırladaq ki, Harvard Universitetində tanış olan cütlüyün toyu 2012-ci ilin baharında olub. 

“Qafqazinfo”