Zukerberq kitab klubu yaradıb

zukerberq-kitab-klubu-yaradib
Oxunma sayı: 1108


“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, o, həmçinin istənilən istifadəçini bu “yeni il vədinə” qoşulmağı təklif edib.

“Facebook” yaradıcısı qeyd edib ki, onu seçdiyi kitablar müxtəlif mədəniyyətlərə, tarixə və texnologiyalara həsr olunacaq. Zukerberq “A year of books” səhifəsində  oxuduğu kitab haqda yazacaq, istifadəçilər isə bu əsər haqda öz fikirlərini şərhlərdə bölüşə biləcəklər.

İlk kitab kimi Zukerberq Moyzes Naimin “Hakimiyyətin sonu” əsərini seçib. Kitabın müəllifi  “Foreign Policy” jurnalının  keçmiş redaktoru və Venesuelanın keçmiş iqtisadiyyat naziridir.

“Yeni vədi” seçmək üçün dekabrın 31-də Zukerberq “Facebook” istifadəçiləri arasında sorğu keçirib və sonda 50 minədək təklif toplanıb. 

Zukerberq ötən il şimali Çin dilini öyrənmək, hər gün yeni bir insanla tanış olmaq, hər gün dünyanı daha yaxşı edən bir insana məktub yazmaq, ət yeməmək və yalnız özü öldürdüyü heyvanın ətini yemək, hər gün qalstuk taxmaqla bağlı verdiyi “vədlər” haqda məlumat verib.