Zukerberqin sərvəti ilk dəfə 100 milyardı keçdi

zukerberqin-serveti-ilk-defe-100-milyardi-kecdi
Oxunma sayı: 1836

Dünyanın ən varlı insanlarından biri, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqin sərvəti ilk dəfə 100 milyard dolları keçib.

“Qafqazinfo” xəbər verir ki, “Bloomberg Billionaires Index”ə görə, Zukerberqdən əlavə “Amazon” şirkətinin qurucusu Ceff Bezos və “Microsoft”un qurucusu Bill Geyts də 100 milyard dollardan çox sərvətə sahibdirlər.

Bununla yanaşı, son bir il ərzində Zukerberq 22 milyard dollar, Bezos isə 75 milyard dollar qazanıb.

Agentliyin məlumatına görə, “Facebook” rəqib “TikTok”un istifadəyə verilməsi barədə xəbərin yayılmasından sonra Zukerberqin kapitalı artıb.

Qeyd edək ki, avqustun 5-də “Facebook” dünyanın 50-dən çox ölkəsində “Instagram Reels” adlı qısa video xidmətinin istifadəyə verildiyini elan edib.