Zukerberqlə xanımı məhkəməyə verilib

zukerberqle-xanimi-mehkemeye-verilib
Oxunma sayı: 1679

Feysbukun təsisçisi və rəhbəri Mark Zukerberq və onun həyat yoldaşı Priscilla Çan məhkəməyə verilib.

“Qafqazinfo” “NBC” telekanalına istinadən xəbər verir ki, məşhur cütlüyü məhkəməyə əvvəllər onların ailəsində çalışan iki işçi verib.

İşçilər cütlüyü cinsi qısnama və diskriminasiyada ittiham edirlər.

Məlumata əsasən, keçmiş işçilər, həmçinin əmək haqqlarının vaxtında ödənmədiyini də iddia edirlər.  

Bildirilir ki, həmin şəxslər sentyabrın 20-si məhkəməyə müraciət etsələr də, bununla bağlı məlumat indi yayılıb. 

Qeyd olunur ki, məhkəmə iş üzrə heç bir dinləmə təyin etməyib və ailədən heç kim məhkəmə qarşısında rəsmi cavab verməyib.