Xalq artisti Zülfiyyə Xanbabayeva ölkə gündəmindən şikayətçidir. “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni instaqramda status yazaraq sosial şəbəkələrdə aktual olan mövzulara etiraz edib:
“Gündəmə baxıram, orada başqa dəyərləri görmək istəyirəm. Tanrının bizə bəxş etdiyi gözəl həyatın dəyərini bilənləri, gözəllikləri yaradanları, onu görənləri, yaxşılıq edənləri görmək istəyirəm. Həyat çox gözəldir. Həyatı sevgi dolu, düzgün əməllərlə yaşayanları, sevməyin özünü sevənləri gündəmdə görmək istəyirəm”.
Son xəbərlər
Son Xəbərlər