Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı Zamiq Hüseynovla duet oxumaq istəyir. “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni bu barədə AzTV-də yayımlanan “Anşlaq” proqramında qonaq olarkən deyib.
Sənətçi Nəsib Nurun aparıcılıq etdiyi verilişdə ulduz həmkarı Zamiq Hüseynovla duet oxumaq istədiyini bildirib. O, indiyədək həmkarı ilə birgə musiqi layihəsinə imza atmadığını, yeni ildə belə bir işbirliyin baş tutacağına ümid etdiyini söyləyib.
Zamiq xalq artistinin sözügedən açıqlamasına instaqram səhifəsində münasibət bildirib. O, Xanbabayeva ilə duet təklifinə müsbət reaksiya verib:
“Mənim çox sevdiyim sənətkar, gözəl xanım, Zülfiyyə Xanbabayeva! Siz mənim üçün çox böyük zirvəsiz. Bu, mənim böyük arzularımdan biridir, sizi sevirəm”.
Son xəbərlər
Son Xəbərlər