Zülfüqarov qardaşlarından daha birinin meyiti tapıldı…

zulfuqarov-qardaslarindan-daha-birinin-meyiti-tapildi
Oxunma sayı: 783

Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin kimliyi müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, meyit ötən ilin dekabrında  N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində ölən neftçi-operator Azay Zülfüqarova məxsusdur. 

Azay Zülfüqarovun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

“Qafqazinfo” xatırladır ki, Azay Zülfüqarov eyni faciədə itkin düşən və meyiti  martın 20-də  tapılan 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarovun qardaşıdır.