Zümrüd Qasımova yenidən əməliyyat olunacaq - Yenilənib

Zümrüd Qasımova yenidən əməliyyat olunacaq
Oxunma sayı: 3625

Aparıcı-aktrisa Zümrüd Qasımovanın səhhətində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir xərçənglə mübarizə aparan aktrisa beş ildən sonra yenə əməliyyat olunacaq.

Qasımova yenidən onkoloji şiş əmələ gəlməsi təhlükəsi ilə üzləşib və o, bu səbəbdən bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib.

Əməliyyat sabah baş tutacaq.

***

Z. Qasımova “Qafqazinfo”ya açıqlamasında əməliyyat olunacağını təsdiqləyib:

“Onkoloji problemim yoxdur. Olub, amma 11 il əvvəl. Bu, ehtiyat üçün həyata keçiriləcək əməliyyatdır. Gələcəkdə onkoloji problemimin olmaması, xərçəngə tutulmamaq üçün əməliyyat olunacam. Özümü qorumalıyam”.