Züqanov Bakıda şagirdlərlə görüşdü- - Foto

zuqanov-bakida-sagirdlerle-gorusdu-
Oxunma sayı: 1380


“Qafqazinfo” xəbər verir ki, G.Züqanov təhsil müəssisəsinin Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər və sənədlərlə tanış olub. G.Züqanov məktəbin yüksək səviyyədə olmasını, burada çalışan pedaqoji kollektiv və şagirdlərlə söhbətindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Rusiyalı qonaq xüsusilə şagirdlərin rus dilində yüksək bilik səviyyələrini təqdir edib.

G.Züqanovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri 5-ci sinif şagirdləri ilə söhbət edib, tədris vəsaitləri ilə maraqlanıblar. 

Sonra qonaqlar A.S.Puşkinin yaradıcılığına həsr edilmiş uşaq səhərciyinə dəvət edilib. RF KP fraksiyasının sədri böyük şairin yaradıcılığına sevgilərinə görə bütün şagirdlərə və onların valideynlərinə təşəkkürünü bildirib, müəllimə bir qələm hədiyyə edib və şərt bağlayıb ki, bu qələmlə şagirdlərə “iki” qiyməti yazmasın.