Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Aleksandr Yuşenko bildirib. O qeyd edib ki, siyasətçi həkiminin tövsiyəsi ilə xəstəxanaya yerləşdirilib.
"Hazırda Züqanov həkimlərin tövsiyəsi ilə, epidemioloji vəziyyətlə bağlı hər cür riskləri aradan qaldırmaq üçün fraksiyada bir çoxunun xəstə olduğunu və özünü təcrid vəziyyətində olduğunu da nəzərə alaraq iki-üç günlük profilaktikadan keçəcək”, - Yuşenko deyib.
O əlavə edib ki, Züqanov daim nəzarətdə saxlanılır, o, artıq bütün lazımi testlərdən, o cümlədən COVID-19-a qarşı testlərdən keçib.
Öz növbəsində Züqanovun nəvəsi, Moskva Şəhər Dumasının deputatı Leonid Züqanov bildirib ki, onun babası hər il fevral-aprel aylarında planlı tibbi müayinədən keçir.
Son xəbərlər
Son Xəbərlər