Zurabişvili Azərbaycana təşəkkür etdi - Yenilənib

zurabisvili-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 3381

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, o, IX Qlobal Bakı Forumunda iştirak edir.

***

Salome Zurabişvili forumda çıxışı zamanı deyib:  

“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər. Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik”. 

Zurabişvili bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib və forumun fəaliyyətində uğurlar arzulayıb.