Zurabişvili impiçmentlə təhdid edildi

zurabisvili-impicmentle-tehdid-edildi
Oxunma sayı: 1129

Gürcüstan müxalifəti prezident Salome Zurabişvilini ABŞ-ın bu ölkədə baza yaratmasına qarşı çıxdığına görə impiçmentlə təhdid edib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin “Vahid milli hərəkat” müxalif partiyasından olan deputatı Tinatin Bokutsava bildirib.

“Bu gün bir daha əmin oldum ki, bu qadın (Zurabişvili-red.) mütləq öz fəaliyyətini impiçmentlə bitirəcək. İndi vacib olan əsas məsələ impiçmentə qədərki dönəmdə onun verdiyi bəyanatlarla ölkəyə düzəlməsi mümkün olmayan zərərlər vurmasına imkan verməməkdir”, – deyə millət vəkili söyləyib.