Zurabişvili qanunun ləğvini cəmiyyətin qələbəsi adlandırdı

zurabisvili-qanunun-legvini-cemiyyetin-qelebesi-adlandirdi
Oxunma sayı: 3060

Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər”lə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

“İlk növbədə, mən bütün cəmiyyəti ilk belə qələbə münasibətilə təbrik etmək istəyirəm", - Zurabişvili deyib.

O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.