Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - o bildirib.
Onun sözlərinə görə, Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır.
Son xəbərlər
Son Xəbərlər