Zurabişvilinin Bakı səfərinin proqramı açıqlanıb

zurabisvilinin-baki-seferinin-proqrami-aciqlanib
Oxunma sayı: 1445

Dövlət başçısı Salome Zurabişvilinin Bakı səfərinin proqramı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Gürcüstanın prezident administrasiyasının yaydığı məlumata görə, rəsmi səfər fevralın 27-də başlayacaq. 

Səfərdə məqsəd qonşu ölkə kimi Azərbaycanla strateji əməkdaşlığı davam və inkişaf etdirməkdir. 

Səfər çərçivəsində gürcü lider Azərbaycan prezidenti ilə görüşəcək. Görüşün sonunda Salome Zurabişvili ilə İlham Əliyev birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan başqa, Zurabişvilinin Azərbaycanın baş naziri və parlament sədri ilə də görüşü planlaşdırılıb. 

Gürcüstan prezidenti, həmçinin Azərbaycanda yaşayan gürcü tələbələr və işgüzar dairənin nümayəndələri ilə görüşəcək.