Azərbaycanda Executive MBA proqramının açılışı - Fotolar + Video

azerbaycanda-executive-mba-proqraminin-acilisi
Oxunma sayı: 4146

Hilton Bakı otelində Böyük Britaniyanın Şeffild Universitetinin Azərbaycanda təqdim etdiyi İdarəçilik üzrə Magistratura proqramının rəsmi açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasiminin rəsmi qonaqları Şeffild Universitetinin Proqram Direktoru George Efstatiadis və Akademik Direktoru Leslie Szamosi, Yunanıstanın Azərbaycandakı səfiri Nikolas Kanellos və Britaniya Konsulluğunun Ölkə üzrə Direktoru xanım Elizabet Uayt olublar.

George Efstatiadis bildirib ki, Azərbaycan xalqının zəngin keçmişi və böyük gələcəyi var: “Bu gün qürur hissi keçirirəm ki, sizlərin qarşısında dünyada məşhur olan Şeffild Universitetini təmsil edirəm. Bu universitetin böyük nüfuzu var və tədrisin mükəmməliyini təmin edən qlobal tədris mərkəzidir. Ümid edirik ki, müasir biznes təhsilinin Azərbaycanda təmin edilməsi ölkə üçün üstünlükdür”.

George Efstatiadis qeyd edib ki, universitetin məqsədi təhsil sahəsində müəyyən bir dəyişikliyə imza atmaqdır: “Buna biz öz elmi tədqiqatlarımız, proqramlarımız və məzunlarımızla imza atmaq əzmindəyik. Düşünürük ki, bununla da təhsil sahəsində əhəmiyyətli dərəcədə yüksək nəticəyə malik olacağıq. Məqsədimiz Azərbaycan xalqı üçün unikal təhsil təcrübəsinin təklif edilməsidir. İstərdik ki, təcrübə müasir və çox rəqabətli qlobal mühitdə Azərbaycana bu sahədə əhəmiyyətli dəyişiklik gətirə biləcək təklif olsun”.

Nikolas Kanellos Şeffild Universitetinin Azərbaycanda təqdim etdiyi İdarəçilik üzrə Magistratura proqramı ilə bağlı hər kəsi təbrik edib: “Təhsil hər bir insanın gələcəyidir. Həmin universitet Yunanıstanda yüksək səviyyədə tələbələrə təhsil verir. Bu baxımdan da Azərbaycanda da dəyərli insan kapitalının yaradılması və gələcəyin təmin edilməsi baxımından gözəl bir hadisədir. Azərbaycan hökümətini təbrik edirəm”.

Elizabet Uayt bu cür beynəlxalq reytinqli universitetin İdarəçilik üzrə Magistratura proqramının Azərbaycanda açılmasını müsbət hal kimi qarşılamış və bunun Azərbaycandakı iş adamlarına üçün geniş imkanların açdığını qeyd edib: “Bu sahədə konsul ölkələr arasında mübadilənin təmin edilməsinə çalışır. Böyük Britaniyada fəaliyyət göstərən universitetin Azərbaycanda olması tələbələrin təhsillərinə müsbət təsir göstərəcək. Təhsil naziri ilə görüşlərində onlar hər zaman Britaniya təhsilini yüksək səviyyəli təhsil kimi adlandırblar. Azərbaycana

beynəlxalq səviyyədə olan proqramlar, biliklər gətirilməlidir. Biznes işgüzar münasibətlərin qurulması üçün mütləqdir”.

Leslie Szamosi isə bildirib ki, Azərbaycan Britaniya təhsilinin alınması üçün gözəl imkandır: “Proqram şərqi avropa ölkələrində artıq 25 ildir ki, həyata keçirilir. Proqram 6 sahədə ixtisaslanır. Tələbələrin şəxsi karyerlarını inkişaf etdirmək üçün əla fürsət olacaq. Dünyanın müxtəlif yerlərində işləyən müəllim heyəti Azərbayacana gələcəklər”.

Şeffild Universitetinin “İdarəçilik üzrə Magistratura Proqramı” peşəkar karyera, özünü inkişaf və biznes sahəsində öz bilik və təcrübələrini daha da təkmilləşdirmək niyyətində olan müasir dövrün rəhbər və menecerləri üçün nəzərdə tutulmuş innovativ proqramdır. Kursun çatdırılma metodu (həy ayda 1 dəfə 3 günlük həftə sonu) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan kurslarda iştirak etmək imkanı yaradır. Hazırda, “İdarəçilik üzrə Magistratura Proqramı” Cənub-Şərq və Şərqi Avropada, həmçinin Qafqaz regionunda da təsis olunmaqla, özündə geniş beynəlxalq biznes şəbəkəsini yaratmışdır. Şeffild Universiteti Britaniyanın qədim təhsil mərkəzlərindən biri olmaqla, dünya üzrə məhşur 100 universitetlərin siyahısına daxil olmuşdur. (2018-ci il QS Reytinqinə əsasən Dünya üzrə 75-ci, Avropa üzrə 22-ci). Şeffild Universiteti 6 akademik fakultədən ibarətdir. 5 fakultə Böyük Britaniyada və digər alrıncı Beynəlxalq Fakultəsi isə Yunanıstanın Saloniki şəhərində yerləşir. .

Şeffild Universitetinin qeyd olunan magistratura proqramı hal-hazırda 8 müxtəlif ölkələrdə tədris edilməkdədir. Proqram eksluziv olaraq, 2 il davam etməklə təcrübəli idarəçilər və rəhbər işçilər üçün hazırlanmışdır və hər ayın həftəsonlarında keçirilir. Bu da proqramın iştirakçılarına öz gündəlik iş qrafiklərini pozmadan İdarəçilik üzrə təhsil almaq imkanı yaradır. İdarəçilik üzrə Magistratura Proqramının unikallığı onun tədrisə, biznes və menecement konsepsiyasına və onun strateji cəhətdən formalaşmasına həmçinin tətbiq edilməsinə hər tərəfli yanaşmasından ibarətdir. Azərbaycanın ən yaxşı beş ulduzlu otellərindən keçirilməklə yanaşı proqram ildə bir dəfə ölkədən kənarda Böyük Britaniyada və Yunanıstanda kurslarda iştirak etməklə tələbələrə digər iş adamları ilə beynəlxalq əlaqələrin qurulması imkanı yaradır.

Qeyd edək ki, açılış mərasimi ilə yanaşı Şeffild Universiteti öz təşəbbüsü ilə Hilton Bakı otelində iş adamları üçün “Şirkətdaxili Dəyişikliklərin İdarə Edilməsi və İşçi Heyəti tərəfindən Dəstəklənməsi” mövzusunda seminar

keçirilib. Seminara giriş ödənişsiz olub. Növbət seminarın keçirilməsi sentyabr ayının əvvəlində planlaşdırılır.

Qeyd edək ki, Şeffild Universitetinin Azərbaycandakı nümayəndəsi Hacıyeva Nigar Sərdar qızıdır. Nigar xanım Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakultəsinin bakalavr və magistr dərəcəsinin məzunudur. 10 ildən artıqdır ki, müxtəlif dövlət və özəl sektorlarda hüquqşünas kimi və həmçinin rəhbər vəzifələrdə çalışıb.