Azərbaycanlı aktrisa vəfat etdi - Meningit imiş...

azerbaycanli-aktrisa-vefat-etdi
Oxunma sayı: 8603

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

Belə ki, o, son 1 ay ərzində başağrısından şikayət edirmiş. 

Beyninə çirk yığılan aktrisa 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş “Semaşko” adına xəstəxana-red.) müalicə olunub. Lakin o, daha sonra Türkiyəyə aparılıb və orada vəfat edib.

Xatırladaq ki, “Üç badam bir qoz” filmində oynayan Mila Əminə digər 2 xanım həmkarı ilə “Qafqazinfo”ya müraciət edərək ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq onu dələduzluqda ittiham etmişdilər.