Bakıda 2 bahalı maşın toqquşdu - Foto

bakida-2-bahali-masin-toqqusdu
Oxunma sayı: 1393

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün 17:15 radələrində rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. 10 CM 045 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik maşını 90 DM 029 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib. "Mercedes ML" markalı minik avtomobilin sürücüsü zərbənin təsirindən maşını bir neçə metr kənarda saxlaya bilib.

Kamil Əmirli