Bu gecə Bakının yollarına “Sarı zolaq” çəkiləcək - Siyahı

bu-gece-bakinin-yollarina-sari-zolaq-cekilecek
Oxunma sayı: 4173

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

İlk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.