Daha bir abituriyent az bal yığdığı üçün intihar etdi - Yenə Sumqayıtda

daha-bir-abituriyent-az-bal-yigdigi-ucun-intihar-etdi
Oxunma sayı: 7331

Bu gün Sumqayıt şəhərində daha bir abituriyent özünü ataraq intihar edib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.

F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd