Diana Hacıyeva Amesterdamda keçiriləcək ilin ən böyük “Eurovision” partisinə qatılıb.
“Qafqazinfo” xəbər verir ki, aprelin 9-da baş tutan “Eurovision in Concert” şənliyində təmsilçimizə xüsusi diqqət olub.
“Avropanın Siası” kimi təqdim olunan Dihaj məşhur TV və radiolara müsahibə verib. O, 34 ölkə təmsilçisi arasında geyimi və saç stili ilə çox fərqlənib və yarışma pərəstişkarlarının sevimli iştirakçısına çevirilib. Diana qırmızı xalça keçidində iştirak edib, daha sonra Melkveqdə “Skeletons”u səsləndirib.
Hacıyeva səhnəyə çıxarkən gözlənilməz hadisə ilə üzləşib. Belə ki, o, mahnını ifa edən zaman texniki problemlə üzləşib, mikrafonu işləməyib. Dihaj özünü itirməyib, oxumağa davam edib və texniki xidmətə problemin aradan qalıdırlması barədə göstəriş verib.
İştirakçı ifasını davam edib, zaldan oturan izləyicilərin alqışları ilə səhnədən enib.









Son xəbərlər
Son Xəbərlər