Dönərdən zəhərlənən tələbələrin vəziyyəti necədir?

donerden-zeherlenen-telebelerin-veziyyeti-necedir
Oxunma sayı: 2106

Dönərdən zəhərlənən tələbələrdən 3-ü evə buraxılıb. Bu barədə “Qafqazinfo”ya məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova verib.

Onun sözlərinə görə, digər 4 tələbə hələ də xəstəxanadadır:

“2 tələbə Kliniki Tibbi Mərkəzdə, 2 tələbə isə yaşı az olduğundan Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında müalicə olunur. Hazırda vəziyyətləri orta ağırdır, həyati təhlükə yoxdur”.

Xatırladaq ki, dünən paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 tələbə zəhərlənib.