Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda dünən keçirilən matçlardan sonra klubların UEFA reytinqində müəyyən dəyişikliklər olub.
“Qafqazinfo” xəbər verir ki, adıçəkilən turnirdə mübarizə aparan “Qarabağ”ın Madriddən heç-heçə (1:1) ilə dönməsi ağdamlıların aktivinə 1 xal əlavə edib.
Aktivində 20,500 xal olan Ağdam klubu bu nəticədən sonra 1 pillə irəliləyərək 65-ci yerə yüksəlib. Qurban Qurbanovun yetirmələri bu pillədə Sloveniya “Maribor”u ilə şərikdir.
Maraq üçün bildirək ki, 64-cü pillədə İtaliyanın “Milan” klubu qərarlaşıb
Təmsilçimizi evdə uda bilməyən “Atletiko” isə 1 pillə geriləyib. Madridlilər 2-ci yerdəki yerini “Bavariya”ya təhvil verib.
Qeyd edək ki, siyahıya Madridin “Real” komandası başçılıq edir.
Son xəbərlər
Son Xəbərlər