Safura mediadan niyə qaçır? - Fotolar

safura-mediadan-niye-qacir
Oxunma sayı: 1554

“Eurovision 2010” təmsilçimiz, eks-müğənni Safura Əlizadə rusiyalı məşhur Vera Brejnevanın konsertində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, o,  konsertə dizayner bacısı Fidan Əlizadə ilə birgə qatılıb. 

Tamaşaçı kimi zalda əyləşən Əlizadə fotoqrafların obyektivinə tuş gəlib. Safura yenə də, ənənəsinə sadiq qalaraq mediaya açıqlama verməkdən imtina edib. Yalnız bir neçə telekanalın sualına qısa olaraq cavab verib.

Xatırladaq ki, Safura Əlizadə 2013-cü ilin yay ayında energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Onların İsgəndər adlı övladları var.