Tatarıstanın məşhur müğənnisi doğuşdan sonra öldü

tataristanin-meshur-mugennisi-dogusdan-sonra-oldu
Oxunma sayı: 5084

Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib.

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər.

Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti, başqırd müğənni Vəsilə Fəttahova sabah dəfn olunacaq.

Vida mərasimi Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.