Türkiyənin Konya şəhərinin Ağşəhər qəsəbəsində qadın alverinə qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, polisə daxil olan müraciətdən sonra 61 yaşlı G.D-yə məxsus ev bir müddət müşahidə edilib.
Kişilərin evə girib-çıxdığı göründükdən sonra evə basqın edilib. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları - 50 yaşlı S.Z və 23 yaşlı S.G, həmçinin 4 kişi saxlanılıb. Kişilər ilkin ifadələrindən sonra sərbəst buraxılsalar da, azərbaycanlı 2 qadın və ev sahibi müvəqqəti saxlama təcridxanasına göndəriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər