Uşağı “tok” vurdu, qolu amputasiya edildi - Şəmkirdə bədbəxt hadisə

usagi-tok-vurdu-qolu-amputasiya-edildi
Oxunma sayı: 3972

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu "tok" vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.

Murad Əhməd