Zabratdakı Vertolyot meydançasının rəisi dostunu öldürdü - Yeyib-içdikdən sonra

zabratdaki-vertolyot-meydancasinin-reisi-dostunu-oldurdu
Oxunma sayı: 1227

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb.

Belə ki, F.Qasımov yaxın dostu, "Qoşa Qaya" restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib.

Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb. 

***

"Qafqazinfo"nun əldə etdiyi yeni məlumata görə, hadisə Pirşağıdakı "Həyat" istirahət mərkəzində baş verib. 

Bu istirahət mərkəzi Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanova məxsusdur.

Murad Əhməd