Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, mahnı məşhur müğənni David Quetta tərəfindən ərsəyə gətirilib.
İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı “This One’s For You” (“Bu, sizin üçündür”) adlanır.
Turnirin rəsmi mahnısı “Stade de France”da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Rəsmi mahnı hər oyundan əvvəl və sonra televiziyalarda səslənəcək və hər qoldan sonra azarkeşlərin yer aldığı hissə sələnəcək.