Çində dövlət maliyyə şirkəti “China Huarong International”ın keçmiş baş direktoru Bay Tyanhueyin ölüm hökmü icra edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
O, 1,1 milyard yuan (təxminən 264 milyon 500 min AZN) məbləğində rüşvət aldığına görə edam edilib.
Qeyd edək ki, Çinin Tianjin Şəhər Məhkəməsi ötən il B. Tyanhueyi rüşvətxorluqda təqsirli bilərək ən yüksək cəzaya məhkum etmişdi. Onun keçmiş rəhbəri Lay Syaomin də analoji cinayətlərə görə 2021-ci ildə edam olunub.
Son xəbərlər
Son Xəbərlər